"OpenAI” süni intellekt şirkəti amerikalı milyarder İlon Maskın təklifini rədd edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin sədri Bret Taylor X sosial media platformasında açıqlayıb.
Belə ki, şirkətin rəsmisi Maskın təklifi ilə bağlı açıqlama verib:
"OpenAI satış üçün deyil, idarə heyəti Maskın rəqabəti pozmaq üçün son cəhdini yekdilliklə rədd etdi".
Qeyd edək ki, Maskın rəhbərlik etdiyi investor qrupunun sözügedən şirkəti almaq üçün təqribən 97,4 milyard dollar dəyərində təklif irəli sürüb.
Mikayıl