Tanınmış tarzən Məmməd Ağasıyevin 70 illik yubileyi keçirilib - FOTOLAR

Tanınmış tarzən Məmməd Ağasıyevin 70 illik yubileyi keçirilib - FOTOLAR
MƏDƏNİYYƏT
16:03 25.11.2018
5590
Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzinin "Mədəniyyət” televiziya kanalı ilə birgə layihəsi çərçivəsində tanınmış tarzən Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

İlk olaraq səhnəyə tədbirin aparcısı şair və yazar İlqar Fəhmi çıxaraq tarzənin mədəniyyətimizdə, Azərbaycan tar ifaçılığı sənətində gördüyü işlərdən danışıb. Daha sonra tarzənin həyat və yaradıcılığını əks etdirən vidioçarxlar nümayiş etdirilib.

AZXEBER.COM-un Musavat.com-a istinadən məlumatına görə, gecədə Azərbaycanın tanınmış mədəniyyət xadimləri, yubilyarın ailə və sənət dostları - Ramiz Quliyev, Vamiq Məmmədəliyev, Sədaqət Kərimova, o cümlədən, millət vəkili Qənirə Paşayeva iştirak edib. Onlar sənətkarla bağlı öz xatirələrini bölüşüblər.

Bədii hissədə muğam ustaları - Nəzakət Teymurova, Firuz Səxavət, Zabit Nəbizadə, Gülyaz və Gülyanaq Məmmədova ifaları ilə gecəyə xüsusi rəng qatıblar.

Sonda sənətkarın qızı, bəstəkar-müğənni Sevinc Ağasıyeva tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib. Tədbirin sonunda atasının sağlığında sevdiyi, sözləri Vahid Əzizə aid olan "Xatirən" adlı mahnını ifa edərək tədbirə yekun vurub.

Beynəlxalq Muğam Mərkəzi öz ənənələrinə sadiq qalaraq Azərbaycan muğamının inkişafında və bu günümüzə gətirilməsində böyük rolu olan bütün sənətkarların xatirələrini yaşadır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ