Tanınmış teleaparıcı Günel Hümbətova Malayziyada

MAQAZİN
12:13 23.08.2013
17103

Teleaparıcı Günel Hümbətova ötən gecə istirahət etmək üçün Malayziyaya gedib. Ən yaxın rəfiqələri ilə birlikdə səfərə çıxan Günel artıq Kuala-Lumpurdadır: “Buralar çox gözəl və füsunkardır. Allah-Təala mənə buraları görməyi də nəsib etdi. Düz bir həftə doyunca istirahət edəcəyik. Çox güman ki, Sinqapura da getdik.

Bakıya maksimum müsbət enerji toplayıb qayıdacağam. Çünki yeni mövsümdən özümü həm də aktrisa kimi sınayacağam.

Rejissor Emin Mirabdullayevin ekranlaşdıracağı serialda əsas qəhrəmanlardan birini canlandıracağam. Sürpriz qalsın deyə obrazımı açıqlamaq istəmirəm. Serial, inşallah, Xəzər TV-də yayımlanacaq”. 

Qeyd edək ki, Günel Hümbətova 17 yaşında 106 fm dalğasında radio dj-lik edib. Ardınca müğənni, daha sonra aparıcı kimi özünü tanıdıb.

“Range Rover Evoque” avtomobili ilə medianın gündəmindən enməyən Günelin aktrisa kimi uğur qazanacağı da şübhəsizdir.//milli.az

OXŞAR XƏBƏRLƏR