Tanınmış teleaparıcı Hacı Nuran səhhəti haqqında danışdı

MAQAZİN
08:32 12.11.2012
4039
Teleaparıcı səhhəti haqda danışıb:"Səhhətim hələ ki, elə də yaxşı deyil, davamlı müalicələr gedir, sağalmağım üçün hələ çox vaxt lazımdır. Hazırda Filippində müalicə olunuram, xərçəng xəstəliyi elə də tez sağalan xəstəlik deyil. Bacım, sənət dostlarım Fidan və Xuraman Qasımova bacıları, Bəhram Bağırzadə, Ənvər Sadıqov, Emil Əfrasiyab yanıma gəlmişdilər. İndi hələ ki, yanıma heç kəsi buraxmırlar. Bütün dostlarıma, insanlara çox-çox minnətdaram".Qeyd edək ki, noyabrın 21-də dostları Azərbaycan Dövlət Filarmoniyasında onun üçün xeyriyyə konsertində toplaşacaqlar.Hacı Nurana biz də Allahdan can sağlığı, tezliklə vətənə qayıtmasını arzu edirik.
//milli.az

OXŞAR XƏBƏRLƏR