Tanınmış telejurnalist 'Bakcell'i ifşa etdi - MƏKTUB

İQTİSADİYYAT
12:00 18.06.2012
6991

“Bakcell” mobil operatoru haqda şikayətlər günü-gündən artmaqdadır.

Şirkətin rouminq xidmətiylə bağlı şikayətlər səngimək bilmir. Bir neçə həftə bundan öncə AZXEBER.COM xəbər portalında bu məsələyə yer ayrılmışdı. "‘Bakcell’ istifadəçilərin qəzəbinə səbəb oldu" başlıqlı xəbərdə Seymur Həsənov adlı oxucu yazırdı: “Mən Birləşmiş Ərəb Əmirliyində olduğum zaman “Bakcell”in rouminq xidmətindən istifadə etdim. Bakıdan çıxmadan öncə mənə yığım qaydaları ilə bağlı ismarıc göndərildi və operator mənə rominq xidmətindən istifadə etməyin yollarını başa saldı. Xaricdə olduğum zaman isə, bu kampaniyaların əslində bir yalan olduğunu anladım.Mənə göndərilən ismarıcda Azərbaycana zənglərin 1 dəqiqəsi 0,641 AZN, ölkədaxili zənglərin 1 dəqiqəsi 1,25 AZN, daxil olan zənglərə görə isə 0,641 AZN olduğu qeyd edilmişdi. Ancaq mən çox qısa zənglər edir və balansımı tez-tez yoxlayırdım. Ümumilikdə xaricdə olduğum 7 gün ərzində cəmi 4 dəqiqə danışdım və "Bakcell"in dediyi kimi olsaydı  balansımda 20 AZN-dən çox pul qalmalı idi. Ancaq təəssüflər olsun ki, mənim balansım çox qısa müddət ərzində şirkətin yarıtmaz rouminq xidməti sayəsində 0 oldu”.

Bu dəfə də "Bakcell"in rouminq xidmətiylə bağlı şikayət daxil olub. Ancaq çox qəribədir ki, bu dəfə rouminq xidməti ölkə xaricində deyil, ölkə daxilində istifadəçilərə "ziyan" vurub.

Bu haqda AZXEBER.COM-a tanınmış jurnalist, "Xəzər" televiziyasının əməkdaşı Yusif Kərimli məlumat verib:  "Mayın 15-də Qusarın Böyük Moruq kəndinə çəkilişə getmişdik. Kənd rayon mərkəzindən təxminən 30 km uzaqlıqda yerləşir. Mən telefonla zəng vuranda hələ rayondan yenicə çıxmışdıq və kəndə çatmamışdıq. İş yoldaşımla təxminən 5 dəqiqə danışdım. Mənə dedi ki, niyə gizli nömrədən zəng vurusan, nömrən görünmür. Üstəlik səslər çox gec gəlirdi. Danışığı bitirəndən sonra məlum oldu ki, balansımda olan 10 manatdan çox pulun 9 manata qədəri çıxılıb. Bakıya gələndən sonra abunəçisi olduğum Bakcell şirkətinin 555 müştəri xidmətləri nömrəsi ilə əlaqə saxladım. Dedilər ki, həmin vaxt sizin nömrənizin rouminq xidməti aktiv olub. Çünki ərazi Rusiya Federasiyasının Dağıstan Respublikasına yaxındır və yəqin ki, ordakı mobil operatorlardan birinə yönləndirilib. Şirkətin nümayəndələri bu sözü ela rahatlıqla deyirdilər ki, sanki, burda qeyri-adi heç bir şey yoxdur.

Ölkə ərazisini tərk etmədən, sərhədi keçərək qonşu respublikaya getmədən, Azərbaycan kəndində rouminq xidməti aktiv olur və balansınız sıfırlanır. İradımı bildirəndə isə Bakcell-in nümayəndəsi yenə məni borclu çıxardı. Dedi ki, gərək rouminq xidmətinin avtomatik funksiyasını söndürəydiniz. Mən isə əlavə etdim ki, ölkəni tez-tez tərk etdiyim üçün rouminq xidmətinin avtomatik funksiyasından istifadə edirəm. Amma bu xidmət ölkə ərazisini tərk edəndən sonra işimə yarayır. Rouminqin mahiyyəti də ölkə xaricində yerli nömrəndən istifadə edə bilmək imkanı deməkdir. Amma bu dəfə ölkəmin içində bu xidmət aktiv olub və mənə böyük olmasa da maddi ziyan dəyib. Mən isə daha çox istifadə etdiyim mobil operatorun müştərinin rahatlığından çox narahatlığına səbəb olmasına üzülürəm. Amma danışdığım Bakcell əməkdaşı indiki halda heç bir kömək edə bilməyəcəyini dedi. Bildirdi ki, sadəcə müştəri xidmətlərinə ərizə ilə müraciət edə bilərəm. Amma bu halda da balansımdan silinən məbləğ geri qaytarılmayacaq. Mənim isə mövqeyimi həmin əməkdaşa söyləməkdən başqa çarəm qalmadı. Dedim ki, balansımdan silinən məbləğin bərpa olunması məsələsindən çox sizin texniki imkansızlığınız müzakirə mövzusudur. Əgər qonşu ölkənin mobil operatoru mənim ölkəmin ərazisində hegemonluq edirsə, onun şəbəkəsi mənim istifadə etdiyim yerli şəbəkədən güclüdürsə, bu utancvericidir.

Əgər nömrəm Rusiyanın hansısa mobil operatoruna yönlənibsə bu o deməkdir ki, həmin vaxt mənim telefonum yerli şəbəkənin siqnalını tuta bilməyib. Halbuki olduğum ərazi Bakcell-in əhatə dairəsindədir. Əgər Bakcell müştərilərinə keyfiyyətli xidməti təmin edə bilmirsə, onun ötürücüləri qonşu ölkənin mobil operatorlarının ötürücülərinə məğlub olursa, onda bunu etiraf etsinlər. Yaxud müştəriyə dəyən ziyanı geri ödəsinlər. Amma təssüf ki, danışdığım əməkdaş bundan az da olsa narahat olmadı və kömək edə bilməyəcəyini təkrar söyləyərək sağollaşdı".AZXEBER.COM xəbər portalı qarşı tərəfin də fikrini yayımlamağa hazırdır. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq