Tanınmış türk aktyor döyüldü - FOTO

Tanınmış türk aktyor döyüldü - FOTO
MAQAZİN
14:11 19.06.2023
326
Türkiyəli məşhur aktyor Özgür Özberk piyada zolağına sürətlə girdiyi üçün xəbərdarlıq etdiyi sürücü tərəfindən döyülüb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə aktyorun özü sosial media hesabında paylaşım edib.

"Paramparça", "Çemberim Gül Oya", "Benim Esaretim Sensin", "Yaralı Kuşlar", "Erkenci Kuş" və digər seriallarda rol alan Özgür Özberk piyada zolağına sürətlə girdiyi üçün xəbərdarlıq etdiyi sürücü tərəfindən vurulduğunu iddia edib.

İnstaqram hesabında boyunbağı ilə xərəkdə çəkdirdiyi şəklini paylaşaraq yaşadıqlarını izah edən aktrisa bu vəziyyətə üsyan edərək, "Qardaşıma sürətlə gələn maşına diqqət et dediyim üçün vuruldum", - deyə paylaşım edib.

Qeyd edək ki, aktyor xəstəxanaya yerləşdirilib və vəziyyəti normaldır.
 
Mikayıl
 

 

 

 


OXŞAR XƏBƏRLƏR