Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də - FOTOLAR

Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də - FOTOLAR
MANŞET
16:54 22.06.2021
835
Türkiyənin "Haber Global” telekanalının 10 nəfərdən ibarət yaradıcı heyəti "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə təcrübə mübadiləsi proqramına gəlib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, proqram iki həftəlikdir.

4 iyul tarixinə kimi müxtəlif sahələr üzrə ixtisaslaşmış türkiyəli mütəxəssislər AzTV, Mədəniyyət TV və İdman TV-nin əməkdaşları ilə təcrübə mübadiləsi aparacaqlar. Onların arasında tanınmış TV müxbiri Murat Karataş, xəbər operatoru Ünsal Çakın, işıq dizayneri Doğan İpek və digərləri var.

Proqram çərçivəsində qonaqlar Ağdamın işğaldan azad olunmuş ərazilərinə aparılacaq. Onlar Ağdam Cümə məscidi, Qarabağ xanlarının abidələr kompleksi, "İmarət” stadionu, Çörək muzeyi və digər məkanlarda olacaqlar.

Bundan başqa, türkiyəli mütəxəssislər Gəncəyə səfər edəcək, raket düşmüş ərazidə olacaqlar.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında birgə media platforması yaradılıb. Platforma çərçivəsində AzTV ilə "Haber Global” bir neçə dəfə ortaq yayıma çıxıblar.

Bu proqram da Azərbaycan Televiziyasının əlaqələri genişləndirmə yolunda atdığı addımlardan biridir. Bu çərçivədə xarici mütəxəssislər tədris prosesinə cəlb olunur, yerli kadrların hazırlığı istiqamətində konkret addımlar atılır.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO
22:36 03.04.2026
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
22:26 03.04.2026
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Prospektdən bu küçəyə gedən yol bağlıdır - Sürücülərin nəzərinə!
22:23 03.04.2026
Prospektdən bu küçəyə gedən yol bağlıdır - Sürücülərin nəzərinə!
Minifutbol üzrə Azərbaycan çempionu bəlli oldu
22:02 03.04.2026
Minifutbol üzrə Azərbaycan çempionu bəlli oldu
SEPAH "Gerçək vəd – 4" əməliyyatının növbəti dalğasını həyata keçirib
22:00 03.04.2026
SEPAH "Gerçək vəd – 4" əməliyyatının növbəti dalğasını həyata keçirib
İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb
21:38 03.04.2026
İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb
Livanın cənubunda BMT-nin üç sülhməramlısı yaralanıb
21:35 03.04.2026
Livanın cənubunda BMT-nin üç sülhməramlısı yaralanıb