Tanınmış türkiyəli müğənni Bakıda konsert verəcək

MAQAZİN
01:43 31.10.2014
1208

Türkiyəli sənətçi və təşkilatçı Suat Koçerin təşkilatçılığı ilə populyar türkiyəli müğənni Coşqun Sabah12-14 noyabr tarixlərində Bakıya səfərə gəlir. Editor.az xəbər verir ki, tanınmış müğənni bu tarixlərdə Bakının ən elit restoranlarından olan “Sultan”s restoranında konsert proqramı ilə çıxış edəcək. Türkiyənin tanınmış səslərindən olan Coşqun Sabah konsertdə ən son və populyar mahnılarını ifa edəcək.

Konsertdə iştirak üçün biletlər məhduddur(070-905-48-59).

Qeyd edək ki, təşkilatçı Suat Koçer bundan əvvəl Bakıda Baha, Nadide Sultan kimi tanınmış türk müğənnilərin konsertlərini təşkil edib.

OXŞAR XƏBƏRLƏR