“Tanrı məni üçüncü ittihamdan qorusun!” - Cahangir Hacıyev

“Tanrı məni üçüncü ittihamdan qorusun!” - Cahangir Hacıyev
SİYASƏT
10:31 01.12.2016
1431
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev barəsində səsləndirilən ittihamlarla bağlı ictimaiyyətə müraciət edib. O, ittihamları cavablandırmaqla bərabər, ölkənin maliyyə sektorunda hazırda baş verən proseslərdə Maliyyə Nazirliyini ittiham edib.

Müraciətdə C. Hacıyev mətbuatda ünvanına böhtan və iftiraların dalğası başladığını qeyd edib. "Nankorluq, namərdliklə yaşayan insanlar həyatda yazıq insanlardır” yazan keçmiş bankir yenə də maliyyə nazirini ittiham edib: "Əgər nazirin maliyyə siyasəti olsaydı, milli valyutamız belə acınacaqlı duruma düşməzdi. Devalvasiya siyasətinin müəllifi maliyyə naziridir. Harada və nə vaxt belə yarıtmaz devalvasiya keçirilib, gəlin başqa ölkələrin təcrübəsinə baxaq: Qazaxıstanda 24 faiz, Gürcüstanda 30 faizə qədər, Ermənistanda 20, Rusiya Federasiyasında 45 faiz olsa da sonradan görülən tədbirlər nəticəsində devalvasiya 15 faizdə qərarlaşmışdır. Bizdə isə devalvasiya 100 faizdən də yuxarı oldu və acınacaqlısı budur ki, manatın ucuzlaşması davam edir. Halbuki, qeyd etdiyim ölkələrdə onların valyutaları devalvasiyadan sonra sabitləşmişdir.

Haradadır Maliyyə Nazirliyinin iqtisadi – təhlükəsizlik siyasəti? Milli valyutanın möhkəmliyi, sabitliyi, ölkənin iqtisadi təhlükəsizliyinin qarantıdır. İqtisadi təhlükəsizlik Maliyyə Nazirliyinin əsas fəaliyyətidir. Devalvasiyanın müəllifi maliyyə naziri devalvasiyanı hansı iqtisadi qanunlar və meyarlar əsasında aparıb? Bu təxribat deyilmi?”.

C. Hacıyev yazıb ki, hazırda hər gün manatın ucuzlaşması davam edir: "Devalvasiyanın üçüncü dalğası qaçılmazdır, mətbuatda yenidən kredit itkilərinin rəqəmləri 10-20 milyarda qaldırılır. Mənə yeni ittiham verilir. Bu lap sinxron qadın üzgüçülüyü idman növünə bənzəyir, əhsən! Tanrı bizi növbəti devalvasiyalardan, məni isə üçüncü ittihamdan qorusun!”.
///Basta.info
"Yarıtmaz devalvasiya nəticəsində 11 bank bağlanıb, məgər bunun da günahkarı mənəm?” yazan Hacıyev qeyd edir ki, yaranmış vəziyyətdə milli və xarici valyutanın kəskin qıtlığı yaranıb: "Valyuta bazarını tənzimləməyə cavabdeh olan Maliyyə Nazirliyinin bu fəaliyyəti təxribat deyilmi? Kəskin valyuta çatışmazlığı şəraitində hansı iqtisadi inkişafdan söhbət gedə bilər. Məgər bunun da günahkarı mənəm?”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO