Yunanıstan, İtaliya və Albaniya arasında Transadriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisinə dair hökumətlərarası saziş bu il fevralın 13-də Afinada imzalanacaq.
Bu barədə Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos bildirib.Bu barədə o, Münhen təhlükəsizlik konfransının kuluarlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra bəyan edib.İmzalanma mərasimində Azərbaycan hökumətindən də nümayəndənin iştirakı gözlənilir.Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.