Həyat yoldaşını tapança ilə öldürən Cesur B. (47) adlı şəxs eyni silahla öz həyatına da son qoyub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Aksaray bölgəsində baş verib.
Əldə edilən məlumata görə, Cesur B. (47 yaş) ilə həyat yoldaşı Naciye B. (45 yaş) evlərində naməlum səbəbdən mübahisə edib.
Uşağını digər otağa qoyub qapını bağlayan Cesur B həyat yoldaşı Naciye B-yə atəş açıb və eyni silahla özünə atəş açıb.
Silah səsini eşidən vətəndaşların xəbəri üzərinə hadisə yerinə Təcili Yardım və polis qrupları sövq edilib.
Araşdırma nəticəsində hər iki şəxsin öldüyü məlum olub.
Oksana