‘Tarif Şurası təcili izahat verməlidir’ - Zahid Oruc

SİYASƏT
13:29 03.12.2013
2261

Bazar iqtisadiyyatı dövründə qiymətlərin, tariflərin artması təbiidir və bu, dünyanın əksər ölkələrində özünü göstərir.

Bunu Milli Məclisin (MM) dekabrın 23-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı millət vəkiliZahid Orucdilə gətirib. O, xatırladıb ki, qiymət artımlarının ola biləcəyi ilə bağlı hələ bir müddət öncə büdcə müzakirələri zamanı hökumət təmsilçiləri anonslar vermişdilər. Bu baxımdan, millət vəkili hesab edir ki, son qiymət artımının qəfilliyi, gözlənilməzliyi başadüşüləndir. Z.Oruc eyni zamanda qeyd edib ki, qiymət artımlarının aztəminatlı təbəqələr tərəfindən qarşılanması üçün hökumət tərəfindən müvafiq addımlar atılmalıdır: “Həmçinin, bu məsələ ilə bağlı spekulyasiyalara yol verilməməsi, insanların avtobuslarda, metrolarda, digər ictimai yerlərdə hökumət əleyhinə qaldırılmaması üçün Tarif Şurası təcili olaraq əsaslı-sübutlu şəkildə çıxıb xalqa izahat, məlumat verməlidir”. Digər millət vəkili Fazil Mustafa da bazar iqtisadiyyatı şəraitində qiymət artımlarının olmasının gözlənilməz olmadığını diqqətə çatdırıb: “Ancaq hesab edirəm ki, hökumətlə vətəndaşlar gizlənqaç oynamamalıdır. Qiymətləri artırmazdan öncə vətəndaşları buna hazırlamaq, eyni zamanda, əmək haqlarını, məvacibləri artırmaq lazım idi”.

OXŞAR XƏBƏRLƏR