Tarixdə bu gün - 4 avqust nə günüdür?

Tarixdə bu gün - 4 avqust nə günüdür?
MARAQLI
12:58 04.08.2025
246
4 avqust tarixdə bir sıra hadisələrlə yadda qalıb.
 
AZXEBER.COM bu tarixdə hansı hadisələrin baş verdiyini təqdim edir:
 
1783 — Rusiya ilə Gürcüstan arasında Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı) çar Rusiyasının himayəsinə keçməsi barədə Georgiyevsk müqaviləsi (1783) bağlanmışdır.
1879 — Elzas-Lotaringiya Almaniya imperiyasının əyaləti elan olundu.
1914 — Birinci Dünya müharibəsi: Böyük Britaniya Almaniya imperiyasına müharibə elan edir.
1924 — Meksika və SSRİ arasında diplomatik əlaqələr qurulmuşdur.
1944 — Karl Qustav Emil Mannerheym Finlandiya prezidenti seçildi.
1962 — Afrika milli konqresinin lideri Nelson Mandela həbs edildi.
2020 — Beyrut limanında 2700 ton ammonium nitratın partlayışı nəticəsində 218 nəfər həlak olmuş və 7000 nəfər yaralanmışdır.
 
AZƏRBAYCANDA:
1990 — "Aydınlıq" qəzeti ilk dəfə nəşr olunub.
1992 — Azərbaycan və Şri Lanka arasında diplomatik əlaqələr qurulmuşdur.
 
Oksana

OXŞAR XƏBƏRLƏR