Hindistanda leysan yağışları nəticəsində TacMahal tarixi tikilisini su basıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Hindistanda yağan leysan yağışlar ölkənin görkəmli yerlərindən biri olan TacMahala ciddi təsir edib.
Ölkənin şimal bölgəsində yerləşən Yamuna çayının daşması nəticəsində TacMahalı su basıb.
Turistlərin böyük marağına səbəb olan tarixi binanın həyətyanı sahəsi su altında qalıb.
Rəsmilər bildiriblər ki, sel suları binanın divarlarına çatıb.
Qeyd edək ki, 1983-cü ildə YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən TacMahal 2007-ci ildə dünyanın yeni 7 möcüzəsindən biri seçilib. Bu gün Hindistanın ən böyük turistik məkanı olan bina hələ də bəşəriyyətin ən böyük "sevgi və güc” simvollarından biri kimi tanınır.
Şəbnəm