Tarixi əlaqələr üzərində yenilənən əməkdaşlıq

Tarixi əlaqələr üzərində yenilənən əməkdaşlıq
SİYASƏT
10:35 18.09.2023
531
Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Bu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən ölkəmizin başçısının Mərkəzi Asiya Dövlətlərinin Başçılarının görüşünə dəvəti bir daha ölkəmizin və onun rəhbəri cənab İlham Əliyevin nüfuzu və hörmətini, ona olan ehtiramı bir daha sübut edir.
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Təkcə son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz, o cümlədən cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Eyni zamanda, iki il ərzində bütün qardaş dövlətlərin başçıları da Azərbaycanda səfərlərdə olublar. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.

Mərkəzi Asiya önəmli coğrafi region sayılır. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Regional əməkdaşlığın yeni formatı, dövlət başçılarının mütəmadi olaraq görüşlərinin keçirilməsi ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaqdır.

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi və ticarət əlaqələrin, sərmayə qoyuluşunun artması mühüm göstəricidir. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Təkcə keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondlarının yaradılması ilə növbəti üç il üçün 1 milyard ABŞ dollarından artıq qarşılıqlı sərmayə qoyuluşu razılaşdırılıb.
"Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq". Bu fikri Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı dövlət başçımız bildirib.
Möhtərəm Prezidentimiz cənabİlham Əliyev səfər zamanı Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmova dəvəti üçün təşəkkürlərini bildirib, orada olduğu üçün məmnunluq duyduğunu deyib. Eyni zamanda Cənab Prezident Tacikistan xalqını Müstəqillik günü münasibətilə təbrik edib. O, iki dövlət arasında qardaşlığın daimi olacağını vurğulayıb. Prezident, bu səfərin Nəqliyyat və logistika sahəsi üzrə mühüm rol oynayacağını deyib. Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər Prezidentlər Düşənbədəki "Ekspo Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.

Naftalan şəhər sakini Kəmalə Hüseynova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
09:22 12.03.2026
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
09:04 12.03.2026
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
08:56 12.03.2026
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 12.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
07:32 12.03.2026
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
04:47 12.03.2026
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
03:22 12.03.2026
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
01:37 12.03.2026
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO