Tarixi mozaikanı sökdürən rektor danışdı: Sizin fikriniz mənə maraqlı deyil

Tarixi mozaikanı sökdürən rektor danışdı: Sizin fikriniz mənə maraqlı deyil
SOSİAL
01:56 12.08.2016
1411
Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyeva müsahibə verib.
AZXEBER.COM xəbər verir ki, rektor müsahibəsində BSU-da 1 neçə gündür gündəmə çevrilən mozaika söküntüsündən də danışıb. Nurlana Əliyeva “Universitetdə aparılan tikinti işləri ilə bağlı bəzi fikirlər ortaya atıldı. Universitetin girişindəki mozaikanın sökülməsi qanuna uyğundurmu?” sualına belə cavab verib:
“Universitetin fasadında mozaika var idi. Orada dahilərimizdən Nizami Gəncəvinin, Üzeyir Hacıbəylinin, Natəvanın, Mirzə Ələkbərin kiçik daşlardan düzəldilmiş şəkli var idi. Bu mozaikalar keçən əsrin ortalarında dəbdə idi. Sovet ideologiyasının incəsənətini təbliğ edən sənət əsəri idi. Universitetin fasadında olan bu mozaika qəza şəraitində, təhlükə ərəfəsində idi. Onun kənarında olan şəbəkələr bir-bir düşürdü. Xoşbəxtlikdən daşlar bu günə qədər heç kimə xəsarət yetirməyib. Bu mozaika 1972-ci də quraşdırılıb. Biz onu ya yüksək məbləğli maliyyə hesabına bərpa etməli idik, ya da yeni üslubda inşa etməli idik. Ona görə də biz Təhsil Nazirliyinin razılığı ilə bura memar dəvət etdik. Universitetin girişini Şərq üslubuna uyğun inşa etməyə qərar verdik. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinə müraciət elədik. Onlar bizə cavab verdilər ki, bu universitetin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınmayıb və onun üstündəki mozaika da bədii əhəmiyyət kəsb etmir. Biz bu məktubdan sonra Bakı Şəhər icra hakimiyyətinə müraciət etdik, onlar da söküntüyə icazə verdilər. Başa düşə bilmirəm, qanuni bir işi, yeniləşməni nədən böyük bir qalmaqala çevirirlər?
Heç olmasa mətbuat ədalətli olmalıdır, yazdığı yazı haqqında araşdırma aparmalıdır. Mətbuat işçisi haqq axtaran olmalıdır. Ancaq bu yolla hörmət qazanmaq olar. Amma görürük ki, bəzi mətbuat nümayəndələri şər-böhtanla gündəmə gəlmək istəyirlər”.
Yeni rektor eyni zamanda əlavə edib ki, haqqında mətbuatda yazılanlar, ictimaiyyətin fikri onun üçün maraqlı deyil:
“Buna qısa münasibətim belədir, “Barlı ağaca çox daş atanlar olur”. Mən heç nəyə fikir vermədən başımı aşağı salıb işimi görürəm. Prezidentimiz mənə etimad göstərib, mən də bu etimadı doğrultmağa borcluyam. Kənardan kiminsə nə deməsi mənə o qədər də maraqlı deyil.
Hesab edirəm ki, barəmdə yanlış məlumat, şər-böhtan yayanlar bunu paxıllıqdan, gözü götürməzlikdən, qeyri-insani duyğulardan edirlər. Bu paxıllıqların, şər-böhtanın başında oxumuş, elmli insanları görəndə çox rəncidə oluram. Çünki insan o vaxt bəsit olar, o vaxt paxıl olar ki, onun biliyi, onun təfəkkürü naqis olsun. Amma oxumuş, təhsilli adamlar bunu edirsə, belə adamlara yazığım gəlir”.(Modern.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı