Tarixi qərar verildi: Türkiyə ilə İsrail bir-birilərinə səfir təyin edəcəklər

 Tarixi qərar verildi: Türkiyə ilə İsrail bir-birilərinə səfir təyin edəcəklər
MANŞET
16:24 17.08.2022
773
Türkiyə İsrailə səfir təyin etmək qərarını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsraillə normallaşma çərçivəsində Tel-Əvivə səfir təyin ediləcəyini açıqlayıb.

Mövlud Çavuşoğlu mövzu ilə bağlı açıqlamasında bu qərarı İsraillə ortaq verdiklərini bildirib:

"Qarşılıqlı olaraq səfirlərin təyin edilməsi atacağımız addımlar arasındadır. İsrail də bu məsələyə müsbət yanaşır. Tel-Əvivə səfir təyin etmək qərarına gəlmişik. Adları təqdim etdikdən sonra bu proses də rəsmi olaraq başlayacaq”.

İki ölkənin münasibətləri xüsusilə 2008-2009-cu illərdə baş vermiş Qəzzə müharibəsi və 2010-cu ildə Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum nəticəsində daha da pisləşmişdi. 2013-cü ilin mart ayında İsrail hökuməti hücuma görə üzr istəmiş və diplomatik əlaqələrin yenidən bərpa olunması ilə bağlı cəhd etmişdir. 

2015-ci ilin dekabr ayında Türkiyə və İsrail dövlətləri əlaqələri yenidən bərpa etmək məqsədilə gizli danışıqlara başlatsa da, bu danışıqlar yarımçıq saxlanımışdı. 
 
Ayşən
OXŞAR XƏBƏRLƏR