2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Şuşa Bəyannaməsinin imzalanmasından artıq iki il ötür. Bu qardaşılq sənədi olduqca vacib bir bəyannamədir. Beləliklə hər iki ölkə rəhbəri Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir sənədə qol çəkməklə tarixi münasibətlərin yeni mərhələsinə qədəm qoydu.
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın yeni tarixi mərhələsi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Imzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir.
Bizi türk qardaşlarımızla onsuz da tarixi bağlar birləşdirir, qan qardaşlığımız var. Bəyannamə bizim gələcək münasibətlərimizi də tənzimləyir. Sənəddə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev qeyd etmişdi ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Əlbəttə bu ideologiya bu dahi siyasətçilərin kəlamları bizim hər birimiz üçün mayak rolunu oynamaldır.
Bəyannamədə Qarabağın dirçəldilməsi, investisiyaların qoyuluşu, bölgənin hər tərəfli inkişafını təmin edəcək. Bundan sonra isə ağır sosial problemlərin altında əzilən erməni əsilli vətəndaşlar öz istəyi ilə Azərbaycan torpaqlarında yaşamağa maraqlı olacaqlar. Ermənistanda vəziyyətin sabit olmaması, Qarabağ ermənilərinə qarşı ögey yanaşma artıq erməni cəmiyyətini çalxalayıb. Bu baxımdan bəyannamə imzalanandan sonra Qarabağ ermənilərinin bəzi ictimaiyyət nümayəndələri artıq müharibə ritorikasının perspektivsizliyini anlayıb və bunu erməni cəmiyyətinə təlqin etmələ başlayıblar.
Beləliklə, 2021-ci il iyunun 15-də imzalanmış birgə Şuşa Bəyannaməsi xalqlarımızın dostluq və qardaşlıq simvolu kimi Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, həm də bölgənin yeni yüksəliş və intibah mərhələsinin başlanğıcı kimi tarixə qızıl hərflərlə yazıldı.
Bir sözlə, Şuşa bəyannaməsi dünyaya mesaj ötürür ki, Azərbaycan torpaqlarında sülh və dostluq şəraitində yaşayacağı təqdirdə bütün xalqlara yer var və Azərbaycan tərəfi müharibə yox, sülh üçün çalışır!
Naftalan şəhər sakini Möhübbət Bədəlov