Tarkan ata olmağa hazırlaşır: Süni mayalandırma yolu ilə

Tarkan ata olmağa hazırlaşır: Süni mayalandırma yolu ilə
MAQAZİN
17:53 01.11.2016
1185
43 yaşlı Tarkan və həyat yoldaşı Pinar Dilək süni mayalandırma yolu ilə müalicəyə başlayıb.
 
AZXEBER.COM Türkiyə mətbutına istinadən xəbər verir ki, sürpriz evliliyi ilə hər kəsi təəccübləndirən Tarkan, ata olmağa hazırlaşır. 43 yaşlı Megastar və xanımı Pinar Dilək, tüp bəbək üsulu ilə uşaq sahibi olmaq üçün müalicəyə başlayır.
 
Aprel ayında 5 illik sevgilisi Pinar Diləklə sürpriz bir şəkildə həyatını birləşdirən Megastar Tarkanın xoşbəxt evliliyi körpəylə rənglənəcək. Uşağın əkiz olmasını istədikləri üçün tüp bebek üsulundan istifadə edirlər. Onların bununla bağlı xəstəxanadan məlumat aldığı bildirilir.
 
43 yaşlı megastarın 30 yaşlı xanımı Pinar Dilek de yaxın zamanlarda uşaq üçün müalicəyə başlayacağını bildirib.
 
Ata olmaq üçün can atan görkəmli sənətkar əvvəlki müsahibələrinin birində "Doğulacaq uşağımız sağlam olsun, qız və ya oğlan fərq etməz" – deyimi ilə də yadda qalıb.
 
Dursun, 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR