Tarkan Bakıya nə vaxt gəlir?

ŞOU-BİZNES
23:36 08.01.2011
2306

Əməkdar incəsənət xadimi onu da qeyd edib ki, kitabda ayrıca bölmə olacaq ki, orada ancaq bəstəkar Kamal ilə birgə yazılan şeirlər yer alacaq: “Həmin bölməyə “Qoşa qanadlar” adını vermişik”.

Bununla yanaşı, digər layihə haqqında danışan Baba Vəziroğlu: “Bu yaxınlarda maraqlı bir proyekt hazırladıq. Belə ki, Heydər Əliyev Fonduna dəstək olaraq Azərbaycanın maddi-mədəniyyət nümunələri sırasında yerini tutan xalçalarımız haqqında nəğmə yazdıq. Mahnının sözləri mənə, musiqisi isə Kamal müəllimə aiddir”.

B.Vəziroğlu mahnını 3 xalq artisti- Nəzakət Teymurova, Aygün Bayramova və Mənsum İbrahimovun ifa edəcəyini söyləyib: “Bu ideya dünyada peşəkar xalça mütəxəssislərindən biri hesab edilən “Azərilmə” MMC-nin rəhbəri Vidadi Məmmədovla tanışlığımızdan sonra yarandı. Azərbaycanın maddi incilərini özündə tərənnüm edən musiqi və mətnlər çoxdur. Bu mövzuda nəğmə isə bizim tərəfimizdən yarandı. Mahnının musiqisi xalq mahnısı üslubunda Kamal müəllim tərəfindən yazılıb. İfalar da bu üslubdadırlar. Kiçik musiqi əsəri bu dəyərli incinin tarixini, fəlsəfəsini, gözəlliyini, yarandığı bölgələri, dünyada şöhrətini “Azərbaycan xalçası” adı ilə əks etdirəcək. Bunu yazmaqda məqsədimiz odur ki, Azərbaycan xalçalarının dünyada təbliği musiqinin müşayiəti ilə olsun. Bu mahnıda bir çox milli musiqi alətlərimizlə yanaşı, ermənilərin sahib çıxmaq istədiyi balaban da var”.

Əməkdar incəsənət xadiminin məlumatına görə, aranjemanı Osmana məxsus olan mahnıya artıq peşəkar heyətin iştirakı ilə klip çəkilir. Yaxın günlərdə klip hazır olacaq.

Qeyd edək ki, yaradıcı heyətin rəhbəri Elçin Əlibəyli, klipin rejissoru isə Günel Şakirdir. B.Vəziroğlu xüsusi olaraq vurğulayıb ki, harada Azərbaycan xalçası var, bu mahnı orada səslənəcək.

Nəğməkar şairin, həmçinin Aygün Kazımova ilə yeni layihələri də var.

 

Tarkanın Azərbaycandakı konsertinin təxirə salınmasına aydınlıq gətirən B. Vzəiroğlu bildirib ki, hazırda təşkilatçı Türkiyədədir: “Artıq söhbətlər aparılır ki, Tarkanın Bakıda təxirə salınan konserti Novruz bayramı ərəfəsində baş tutacaq”.

OXŞAR XƏBƏRLƏR