Türkiyənin virtual aləmində də dünya internet məkanında olduğu təki, məşhurları "öldürmə" sərsəmliyi davam edir.AZXEBER.COM "Habertürk"ə istinadən bildirir ki, bu gün də məşhur müğənni, meqastar Tarkanın avtomobil qəzasına düşərək həlak olması barədə xəbər yayılıb. Xəbər "facebook"da yayılıb. Maraqlıdır ki, bu xəbər virus xəbər olub. Belə ki. xəbəri tıklayanların kompüterlərinə virus düşüb. Tarkana məxsus musiqi şirkəti isə bu xəbəri əsassız şayiə və yalan adlandıraraq, müğəninin xarici ölkədə olduğunu bildiriblər.