Tarkanın konsert verəcəyi səhnə dağılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni Tarkanın İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümündə verəcəyi konsertdən əvvəl hazırladığı nəhəng platforma dağılıb. Konsertdən əvvəl platformanın çökməsi böyük fəlakətin qarşısını alıb.
Fəlakətin astanasından geri qaytarılan hadisədən sonra ünvana çoxlu sayda polis və sağlamlıq qruplarının göndərildiyi, 1 nəfərin yüngül yaralandığı öyrənilib.
Platformanı quran qruplar ərazidə araşdırmalar aparıb.
Ayşən