Tarkanın konsertinə biletlər neçəyədir? (EKSKLÜZİV)

Tarkanın konsertinə biletlər neçəyədir? (EKSKLÜZİV)
ŞOU-BİZNES
14:09 25.12.2011
3567

Xəbər verdiyimiz kimi, meqa-star Tarkan Yeni ildə Bakıda tamaşaçılar qarşısında çıxış edəcək. Türkiyə mətbuatının yazdığına görə, Bakı konsertində müğənniyə 800 min ABŞ dolları qonorar veriləcək. 

10 min nəfərlik tamaşaçı tutumuna malik olan “Baku Expo Center”də keçiriləcək konsertin aparıcısı tanınmış teleaparıcı İlkin Həsəni olacaq.  

AZXEBER.COM konsertdə biletlərin qiyməti haqda məlumat əldə edib. Məlumata görə, Tarkanın konsertinə bilet 100 AZN-dən başlayır. Biletlərin satılacağı təqdirdə təşkilatçılar ən az 1 milyon manat gəlir əldə edəcəklər.

Onu da qeyd edək ki, Tarkan təşkilatçılar qarşısına şərt qoyub ki, tədbir yerli mediada işıqlandırılmasın.

OXŞAR XƏBƏRLƏR