Tarkanın, Mehmet Əli Ərbilin qulluqçusu azərbaycanlı imiş

Tarkanın, Mehmet Əli Ərbilin qulluqçusu azərbaycanlı imiş
MAQAZİN
17:03 09.05.2014
1834

Türkiyənin “Sabah” qəzeti bu gün məşhurlar dünyasının “çıraqla axtarılan” qulluqçusu barədə yazıb. Məlum olub ki, adı Zümrüd olan bu qulluqçu Bakıda məşhur şoumen Mehmet Əli Ərbil tərəfindən kəşf olunub və İstanbula aparılıb. 

Bakı səfərlərindən birində təsadüfən M.Ə.Ərbilin köynəyini ütüləyən Zümrüdün səliqəsi və əl işi şoumenin xoşuna gəlib. Sonuncu onu İstanbula dəvət edib. Amma Zümrüdün Türkiyə macərası M.Ə.Ərbillə məhdudlaşmayıb. Daha sonra o, pop ulduz Tarkanın qarderobunu düzəldib və evini təmizləyib. Elə bundan sonra da Zümrüdün adı axtarılan qulluqçular siyahısına düşüb. Məlum olub ki, orta yaşlı bu qadın konkret bir nəfərin evində qulluqçuluq etmir. Sadəcə həftəsinin günlərini müxtəlif məşhurlar arasında “bölüb”. Səliqəsi və “əli, dili təmizliyi” ilə seçilməsi isə onu daha da populyarlaşdırıb. Belə ki, Zümrüdün dilindən çalışdığı evlərin məşhur sahibləri barəsində bir kəlmə də çıxmır. 

“Sabah” qəzetinin yazarı Mert Vidinli azərbaycanlı qulluqçu barədə belə yazıb: “Əgər mənim kimi ev işlərindən anlamırsızsa və ya təmizliyə, dağınıqlığı yığışdırmağa vaxtınız yoxdursa, ən böyük probleminiz evə təmizliyə gələcək qadın tapmaqdır. Ütü sənətini tək cizgi ilə icra edən, künc-bucaqda toz qoymayan, qarderobunuzu səliqəyə salan birini tapmağınız çox çətindir. Xüsusən də evinizin hər tərəfində dəyərli əşyalar varsa, əli “uzun” olmayan bir qulluqçu tapmanız şərtdir.  Bu günlərdə dostlarımdan biri onu mənə tövsiyə etdi. Məlum oldu ki, telefonları susmur, hamı ona zəng edir. Amma heç də hamının dəvətini qəbul etmir”. 

Digər saytlar isə yazıblar ki, İstanbulda normal ailələr bir günlük qulluqçu (onlar buna “gündəlikçi kadın” deyirlər-müəl.) məsrəfi 100 TL-ə (50 AZN) bərabərdir. Yəni, bu, qulluqçunun gün ərzində evdəki bütün işləri (paltar yuma, ütüləmə, evin dib-bucaq təmizlənməsi, qabların yuyulması və s.) görməsi müqabilində verilir. Amma Zümrüdün günlük tarifi 500-700 TL-dir. Bu da onun “sosyete gündəlikçisi” adlandırılması ilə bağlıdır. (musavat.com)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO