“Tarzan” rolunu oynamış aktyor xanımı ilə birgə faciəvi şəkildə həlak olub

“Tarzan” rolunu oynamış aktyor xanımı ilə birgə faciəvi şəkildə həlak olub
MAQAZİN
20:49 31.05.2021
1328
ABŞ-dan olan aktyor, "Tarzan: macəraların tarixi” teleserialında baş rolu oynamış Cozef Lara ABŞ-ın Tennessi ştatında baş vermiş təyyarə qəzasında faciəvi şəkildə həlak olub.

Yerli "Tennessean” nəşri bu barədə xəbəri hökumət qurumlarına istinadən yayıb.

Qeyd olunur ki, "Cessna C501” təyyarəsinin Neşvill şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yeddi nəfər həyatını itirib.

Qəza nəticəsində həmçinin aktyorun həyat yoldaşı, məşhur diyetoloq Qven Şamblin də həlak olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR