Rusiya Fövqəladə Hallar Nazirliyi Tatarıstanda baş verən təyyarə qəzası ilə bağlı məlumat yayıb.
Sərt eniş zamanı 15 nəfər ölüb və 7 nəfər xəsarət alıb.
"Gəmidə ümumilikdə 20 paraşütçü və iki ekipaj üzvü olub", - rəsmi məlumatda deyilir.
Rusiyanın Səhiyyə Nazirliyi isə hadisə nəticəsində 16 nəfərin öldüyünü, daha 6 nəfərin yaralandığını açıqlayıb.