Tatuajlı avtomobil - FOTOLAR

MARAQLI
09:45 07.03.2014
2038

Dünyaca məşhur tatu ustası, Loik ləqəbli Ksoyl yeni Peugeot 108-i“tatuajlayıb”.

Yığcam şəhər avtomobilini öz sənət dünyası ilə bir araya gətirən Ksoylavtomobili canlı bədənə çevirib. Qızılı-mis rəngli Peugeot 108-in üzərinə brendin göy rəngində naxışlardan əlavə, böyük bir şir döyməsi işlənib. Döymə tatuaj sənətinin bütün ustalıqlarından – rəng çalarlarından, keçidlərindən istifadə ilə hazırlanıb.

1.2 l mühərrik həcminə malik Peugeot 108 3 və 5 qapılı olmaqdan başqa, interyerin rəng seçimi üçün də müxtəlif variantlarda təqdim olunur. Şəhərdə bir göz qırpımında özünə yol tapan avtomobil texnoloji cəhətdən gənclərin dostudur – Güzgü Ekran funksiyası ilə sürücü smartfonunu avtomobilinə köçürə bilər.

OXŞAR XƏBƏRLƏR