Taxıl qıtlığına kim cavabdehdir? - Avropa İttifaqı Rusiyanı ittiham edir

Taxıl qıtlığına kim cavabdehdir? - Avropa İttifaqı Rusiyanı ittiham edir
DÜNYA
15:17 06.06.2022
532
Avropa İttifaqı taxıl qıtlığının yaşanmasına görə Rusiyanı ittiham edir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell beynəlxalq ticarətdə taxıl çatışmazlığına görə Rusiyanın məsuliyyət daşıdığını qeyd edib.

Borrell sosial mediada mövzu ilə bağlı verdiyi açıqlamada Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu ölkənin döyüş qabiliyyətini zəiflətmək məqsədi daşıdığını və kənd təsərrüfatı məhsullarını ehtiva etmədiyini vurğulayıb:

"Rusiyanın Ukrayna limanlarına qarşı davam edən blokadası qarğıdalı və buğda kimi tonlarla taxılın dünyanın əsas istehsalçılarından biri olan Ukraynada qalmasına səbəb olur və onların ixracına mane olur. Beynəlxalq taxıl ticarətindəki qıtlığın birbaşa məsuliyyəti Rusiyadır".

Borrell qeyd edib ki, müharibənin yaratdığı problemləri həll etmək üçün bütün dünya ölkələri ilə tam həmrəy olacaqlar.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR