Ərdoğanın liderliyi ilə həyata keçirilən Taxıl Sazişi daha 2 ay uzadılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Taxıl Sazişinin 2 ay uzadıldığını bildirib:
"Dünya ərzaq təchizatı və ehtiyacı olan ölkələr üçün böyük əhəmiyyət kəsb edən bu təşəbbüsə nazirliyimizlə sıx əməkdaşlıq edərək töhfə verən və dəstəkləyən BMT rəsmilərinə, Rusiyanın müdafiə naziri Sergey Şoyquya və Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakova təşəkkür edirik”.
Gülay