Tayfundan zərər çəkənlərə 10 milyon avro ayrıldı

DÜNYA
10:04 13.11.2013
874

Avropa Komissiyasının 6-8 eksperti xilasetmə işlərini əlaqələndirmək üçün regiona səfər edəcək

Avropa Birliyi (AB) Fillipində "Hayyan" tayfunundan zərər çəkənlərə bərpa üçün əlavə olaraq 10 milyon avro ayırıb. ANS PRESS Avropa Komissiyasının (AK) yaydığı məlumata istinadən bildirir ki, bundan əvvəl AB regiona 3 milyon avroluq təcili humanitar yardım göndərmişdi. AB-nin humanitar yardımının artacağı gözlənilir. Yaxın zamanlarda AK-nın 6-8 eksperti xilasetmə işlərini əlaqələndirmək üçün regiona səfər edəcək. Xatırladaq ki, regionda 1,8 min adam keçən həftənin sonunda baş vermiş "Hayyan" tayfunun qurbanı olub.

OXŞAR XƏBƏRLƏR