Tayfur ailəsində miras qalmaqalı alovlandı

Tayfur ailəsində miras qalmaqalı alovlandı
MAQAZİN
10:41 24.11.2025
101
Türk arabesk musiqisinin əfsanə səslərindən Ferdi Tayfurun vəfat etməsindən sonra ailəsində yaranan miras qalmaqalı davam edir.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin qızı Tuğçe Tayfur sosial mediada yeni bir video paylaşaraq atasının musiqi şirkəti "Ferdifon"a qarşı məhkəmə qərarı aldıqlarını elan edib.
 
Atasının qohumlarına səslənən Tuğçe Tayfur onları ittiham edib:
 
"Sizinlə mənim aramızdakı fərq budur ki, mən səsimlə pul qazanıram, siz isə atamın zəhmətindən istifadə edərək pul qazanırsınız. Biz "Ferdifon"a məhkəmə ilə tədbir qərarı aldırmışıq. Artıq müəlliflik hüquqlarından pul qazana bilməyəcəksiniz. Bundan sonra hər ay 2-2,5 milyon lirə qazancınız olan rəqəmsal hüquqlara sahib deyilsiniz. Biz Türkiyə ədalətinə tam inanırıq. Siz atamın xoş niyyətindən istifadə edir və ondan faydalanırsınız"
 
Aysel
OXŞAR XƏBƏRLƏR