Tailand və Kamboca arasında ən azı altı fərqli yerdə toqquşmalar gedir.
AZXEBER.COM xarici mətbuata istinadən Tailand ordusu bütün sərhəd keçidlərini müvəqqəti bağlayıb. Bildirilir ki, Kamboca sərhədə pilotsuz təyyarələr və reaktiv yaylım atəşi sistemləri ilə təchiz olunmuş qoşunlar yerləşdirib.
Hər iki tərəfin sərhəddə hərbi varlığını artırdığı və gərginliyin yüksək olduğu bildirilir. Bölgədən gələn görüntülər narahatlıq yaradıb.
Tailand hərbi rəsmisi kontr-admiral Surasant Konqsiri bildirib ki, Kamboca bu səhər sərhədə pilotsuz uçuş aparatları (PUA) və reaktiv yaylım atəşi sistemləri ilə təchiz olunmuş qoşunlar yerləşdirib.
Bölgədə gərginlik yüksəkdir və hər iki tərəfin sərhəddə hərbi varlığını artırdığı bildirilir. Toqquşmaların yekun sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Səlahiyyətlilər mülki şəxslərin təhlükəsizliyi üçün sərhəd bölgəsinə səyahət etməmək barədə xəbərdarlıq edib.
Gülay