Taylanda xaricdən gələn şəxsdə meymunçiçəyi virusu aşkar edildi

DÜNYA
14:01 21.08.2024
136
Taylandda xaricdən gələn şəxsdə meymunçiçəyi virusu aşkarlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət Departamentinin baş direktoru Thongchai Keeratihattayakorn verdiyi açıqlamada avropalı xəstənin Taylanda Afrika qitəsindən gəldiyini bildirib.

Thongchai, ölkəsi açıqlanmayan xəstədə meymunçiçəyi virusunun aşkar edildiyini və "Klad 1b" variantından şübhələndiklərini qeyd etdi.

Xəstədə "Klad 1b" variantının olub-olmadığını müəyyən etmək üçün testlər edilib.
 
Thongchai, bu variantın xəstədə aşkar ediləcəyi təqdirdə, ölkədə ilk "Klad 1b" hadisəsi olacağını söylədi.

Gülay
OXŞAR XƏBƏRLƏR