Taylandda sentyabrın 16-dan etibarən davam edən güclü yağışlar daşqınlara səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tayland Fəlakətlərin Qarşısının Alınması və İdarəolunması Departamentinin (DDPM) açıqlamasına istinadən yaydığı xəbərə görə, paytaxt Banqkokla yanaşı, 31 bölgədə davam edən leysan yağışların səbəb olduğu daşqınlar ölkə üzrə 1 milyon 245 min 581 ailənin, ümumilikdə isə 3 milyon 535 min 206 nəfərin həyatına təsir edib.
Daşqınlar nəticəsində 23 nəfərin həyatını itirdiyi bildirilir.
Təbii fəlakətdən zərər çəkənlər üçün ölkə üzrə 233 müvəqqəti sığınacaq mərkəzi yaradılıb.
Gülay










































