Taylandın baş nazirinə şok - Fırıldaqçılar dövlət başçısı səsi ilə pul tələb etdilər

DÜNYA
10:29 17.01.2025
130
Taylandın baş naziri Paetongtarn Shinawatra məşhur hökumət başçısının səsini təqlid edən süni intellektlə ona zəng olunduğunu bildirib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, baş nazir fırıldaqçıların səsin çox aydın olduğunu dilə gətirərərək, "Səs çox aydın idi, dərhal tanıdım. Əvvəlcə səs yazısı göndərdilər ki, 'necəsən? "Birgə işləmək istəyirəm” kimi ifadələr işlədirdilər”, - deyə o qeyd edib.

Ancaq əsl məqsəd tamam başqa olub.

Belə ki, bu zəngdə fırıldaqçılar "ASEAN ölkələri arasında ianə verməyən yeganə sizsiniz” deyərək ondan pul tələb ediblər. 

Şinavatra bu məqamda saxtakarlığı gördüyünü hiss edib. Lakin səsi təqlid edilən liderin kim olduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, mütəxəssislər telefon danışıqları və ənənəvi mesajlar vasitəsilə həyata keçirilən fırıldaqların yerini süni intellekt tərəfindən dəstəklənən fırıldaqlarla əvəz etməyə başladığını bildiriblər.

İnkişaf edən texnologiya ilə insanların səsini təqlid edərək milyonlarla insanın aldadıla biləcəyi ilə bağlı xəbərdarlıqlar edilir. 

Mikayıl

OXŞAR XƏBƏRLƏR