Çinin Tayvan adasını əhatə edən hərbi təlimi zamanı adanın ətrafında 25 Çin hərbi təyyarəsi və 7 gəmi aşkarlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Çin ordusu bu səhər adanı və ətrafını əhatə edən hərtərəfli hərbi təlimə başladığını açıqlayıb. Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada "Birgə Qılınc-2024B” adlı təlimə quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin qatıldığı bildirilib.
Tayvan Müdafiə Nazirliyinin hesabından verilən açıqlamada onun adanın ətrafında Çin donanmasına aid 7 döyüş gəmisinin aşkar edildiyi bildirilib.
Uçuşlar və gəmi patrulları Çinin gecə ada ətrafında başladığı hərbi təlimin bir hissəsini təşkil edir.
Gülay