Tayvan-Çin gərginliyi davam edir: 91 hərbi təyyarə və 12 döyüş gəmisi aşkar edildi

Tayvan-Çin gərginliyi davam edir: 91 hərbi təyyarə və 12 döyüş gəmisi aşkar edildi
DÜNYA
12:21 11.04.2023
235
Tayvan Müdafiə Nazirliyi, Çin ordusunun adanın ətrafında təşkil etdiyi hərbi manevrin üçüncü günündə dünən səhərdən bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 91 hərbi təyyarə və 12 döyüş gəmisinin aşkar edildiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, nazirliyin açıqlamasında 91 təyyarədən 54-nün tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən Tayvan boğazında hava və dəniz xətlərini keçdiyi və Tayvanın "Hava” elan etdiyi bölgədə uçduğu bildirilib. 

Açıqlamada, 8 "SU-30”, 10 "J-10”, 2 "J-11”, 10 "J-16” döyüş təyyarəsi, 2 "H-6” tipli bombardmançı, "Y-8 ASW” tipli dəniz təyyarələri, patrul təyyarələri "KJ-200” tipli erkən xəbərdarlıq təyyarələri və "TB-001” tipli silahlı, "BKZ-005” tipli silahsız pilotsuz uçuş aparatları Tayvan boğazında nominal "orta xətti” keçir, "Y-8 EW” və ADİZ-in cənub hissəsinə "Kj” -500” erkən xəbərdarlıq təyyarəsi və "Y-20” tipli tanker təyyarəsi, cənub-şərq hissəsinə isə 15 "J-15” qırıcı təyyarəsi uçuşlar həyata keçirib.

Təxminlərə görə, ada ətrafında uçuşlar və gəmi patrulları Tayvan lideri Tsay İnq-venin Mərkəzi Amerika və ABŞ-a səfərlərindən sonra Çin ordusunun başlatdığı hərbi təlimin fəaliyyəti ilə bağlıdır.

Qeyd edək ki, Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığı aprelin 8-də adanın ətrafında quru, hava, dəniz və raket qüvvələrinin iştirakı ilə birgə hərbi təlimə başladığını açıqlayıb.

Gülay
OXŞAR XƏBƏRLƏR