Tayvan parlamentində hökumət dəyişikliyindən bir neçə gün əvvəl başlayan islahat müzakirələrində iqtidar və müxalifət deputatlarının toqquşması zamanı baş verən münaqişə anları kameralara düşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Çin arasında gərginliyə səbəb olan və daxili siyasətdə bu iki qütbə bölünən Tayvanda siyasi hərarət pik həddə çatıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin son səfəri ilə gündəmə gələn Tayvanda daxili siyasət və bu çərçivədə Çinlə yaşanan gərginlik səngiməkdə davam edir.
Tayvanın yeni lideri Lai Çinq-te vəzifəyə başlamazdan bir neçə gün əvvəl parlamentdə səsvermə aparılarkən gərginlik saniyə-saniyə artıb.
Hələ səslər verilməmiş bəzi deputatlar parlamentin qarşısındakı gərginliyi bir-birinin üstünə qışqıraraq, itələməklə başlayıblar.
Nəzarətin itirildiyi zalda deputatlar stolların üstündən tullanaraq həmkarlarını yerə yıxıblar.
Zaman-zaman sakitləşən hadisələr gün ərzində davam edərkən, zorakılıq hadisələri də kameraya düşüb.
Müzakirələr və davalar zamanı bir millət vəkilinin sözügedən səsvermə ilə bağlı verilən səslərlə qaçması diqqət çəkib.
Nəzrin