Tayvan prezidenti bir aylıq maaşını Türkiyəyə bağışlayacaq

Tayvan prezidenti bir aylıq maaşını Türkiyəyə bağışlayacaq
DÜNYA
11:42 09.02.2023
240

Tayvan prezidenti Tsay İnq-ven və müavini aylıq maaşlarını Türkiyəyə ianə etmək qərarına gəlib. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tayvan prezidenti Tsai İnq-ven və vitse-prezident Uilyam Lai, aylıq maaşlarını zəlzələdən əziyyət çəkənlərə yardım olaraq Türkiyəyə bağışlayacaqlarını bildiriblər.
 
Tayvan daha əvvəl Türkiyəyə 2 milyon dollar yardım edəcəyini açıqlamışdı və axtarış-xilasetmə işləri üçün iki qrup göndərmişdi.

Tayvan komandasına cavabdeh olan Huang Po Chun xatırladıb ki, 1999-cu ildə Tayvanda baş verən zəlzələdən sonra Türkiyədən onlara kömək etmək üçün komandalar gəlib.
 
Günel
OXŞAR XƏBƏRLƏR