Tbilisidə 300-dən çox şəxs saxlanılıb

Tbilisidə 300-dən çox şəxs saxlanılıb
DÜNYA
17:22 21.06.2019
3526
Tbilisidə ötən gün parlament qarşısında keçirilmiş etiraz aksiyaları nəticəsində 305 nəfər saxlanılıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Daxili İşlər Nazirliyi bildirib.

Bundan başqa, toqquşmalarda 240 nəfərin yaralandığı deyilir.

Müxalifət partiyaları bu gün axşam saatlarında növbəti etiraz aksiyasının keçiriləcəyini elan edib.

Qeyd edək ki, etirazlar fonunda Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze bu gün istefa verib
OXŞAR XƏBƏRLƏR