Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən Diğomi kəndində silahlı insident baş verib.
Atışma zamanı 4 nəfər yaralanıb.
Həmin şəxslər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunublar.
Qanlı qarşudurma keçmişdə baş vermiş mübahisə ilə əlaqələndirilir.
İnsidentlə bağlı istintaqa başlanılıb.
///Report