Tbilisidə faciəvi şəkildə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verildi

Tbilisidə faciəvi şəkildə ölən azərbaycanlı məktəblinin meyiti ailəsinə təhvil verildi
SOSİAL
12:41 01.03.2018
1322
Fevralın 28-də Tbilisinin Barataşvili küçəsində binaların birindən fasad şüşəsinin düşməsi nəticəsində ölən 14 yaşlı Aslan Məmmədovun meyiti məhkəmə-tibbi müayinədən sonra ailəsinə təhvil verilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, A.Məmmədov 7-ci sinif şagirdi olub və Tbilisinin Poniçala qəsəbəsində valideynləri və qardaşı ilə yaşayıb. Bədbəxt hadisə nəticəsində xəsarət almış 5 uşaq xəstəxanada müalicə olunur. Onların 3-ü azərbaycanlıdır. Uşaqların bu gün evə buraxılacağı gözlənilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, ekspertiza aparılır. 
OXŞAR XƏBƏRLƏR