Oktyabrın 4-də Tbilisidə keçirilmiş etiraz aksiyasında qanun pozuntularına yol vermiş daha 8 nəfər saxlanılıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə məlumat verib.
Onun sözlərinə görə, daha 4 nəfərin axtarışları davam etdirilir.
Nazir müavini 4 oktyabr hadisələri ilə bağlı bu günədək ümumilikdə 44 nəfərin saxlanıldığını qeyd edib.