Gürcüstanın paytaxtı Tbilisi şəhərində yüzlərlə insan Ukraynaya dəstək aksiyası keçirib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Gürcüstan parlamentin qarşısına Rusiya-Ukrayna müharibəsinin başlamasının 2-ci ildönümü ilə əlaqədar aksiya baş tutub.
Yüzlərlə insan parlamentin qarşısına toplaşaraq Ukraynaya dəstək olublar.
Aksiya iştirakçıları "Slava Ukraine", "Qeroyam Slava" və s. şüarlar səsləndiriblər. Aksiyada Ukrayna və Gürcüstan bayraqları dalğalandırılıb.