TBMM sədri: Türkiyənin sözünü Rusiya da, ABŞ da eşidir

DÜNYA
19:20 21.10.2024
151
Türkiyənin sözünü Rusiya da, ABŞ da eşidir.
 
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Aydın şəhərində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, bu gün Türkiyə qlobal güclərdən biri olmağa namizəddir.

N.Kurtulmuş söyləyib ki, sözün arxasında güc olmalıdır: "Bu zaman söz daha qüdrətli olur”.

Parlament sədri qeyd edib ki, bu gün Türkiyə müdafiə sənayesinə görə dünyanın ilk ölkələrindəndir.
 
///report
OXŞAR XƏBƏRLƏR