TDT: “Azərbaycan diplomatlarının uğurlarının davamlı olmasını arzulayırıq”

TDT: “Azərbaycan diplomatlarının uğurlarının davamlı olmasını arzulayırıq”
DÜNYA
18:34 09.07.2023
195
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini və diplomatik nümayəndəliklərin bütün xidmət əməkdaşlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə TDT-nin tviter hesabında paylaşım edilib.

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərin bütün diplomatik xidmət əməkdaşlarını səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq”, - beynəlxalq təşkilatın bayram təbrikində deyilir.

Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
OXŞAR XƏBƏRLƏR