TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər

TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər
SİYASƏT
21:37 15.05.2026
588
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin liderləri mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak edəcəklərini təsdiqləyiblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində bildirilir.

"İnklüziv, dayanıqlı və ekoloji cəhətdən təhlükəsiz şəhərlərin və icmaların təşviqi üçün şəhərsalma planlaşdırılmasının, eləcə də rəqəmsal texnologiyalardan, innovativ həllərdən və məlumatlara əsaslanan yanaşmalardan istifadə etməklə dayanıqlı şəhər və məkan inkişafının strateji əhəmiyyətini vurğulayırıq. Biz 2026-cı il mayın 17-dən 22-dək Azərbaycan Respublikasında "Dünyanın mənzillə təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusunda keçiriləcək WUF13-də fəal iştirak etmək niyyətimizi təsdiqləyirik", - bəyannamədə qeyd olunur.

Sənədə əsasən, imzalayan tərəflər süni intellekt və rəqəmsal texnologiyalar sahəsində, o cümlədən TÜRKPA vasitəsilə hüquqi bazanın uyğunlaşdırılması istiqamətində səyləri gücləndirmək barədə də razılığa gəliblər.

Liderlər 2025-ci ilin noyabrında Azərbaycanda yaradılmış Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, onun rəqəmsal innovasiyaların inkişafı, startap ekosistemlərinin dəstəklənməsi, eləcə də Azərbaycanda və daha geniş regionda rəqəmsal transformasiyanın təşviqi üçün əhəmiyyətini vurğulayıblar.

Sənəddə vurğulanır ki, mərkəzin əsas məqsədi innovasiya və sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem daxilində əməkdaşlığın inkişafı, eləcə də regionda və onun hüdudlarından kənarda rəqəmsal transformasiyanın sürətləndirilməsidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO