"TDT-yə üzv ölkələrin QHT-lərini bir araya gətirən forum geniş əməkdaşlıq imkanları açdı"

"TDT-yə üzv ölkələrin QHT-lərini bir araya gətirən forum geniş əməkdaşlıq imkanları açdı"
SİYASƏT
17:32 25.11.2025
350
Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) ilk Həmrəylik Forumu keçirilib. Tarixdə ilk dəfə təşkil edilən bu tədbir, türk dünyasının inteqrasiyasını dövlətlərarası səviyyədən vətəndaş cəmiyyəti müstəvisinə daşıyan strateji bir addımdır. Bakı Forumu Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, eləcə də müşahidəçi statuslu ölkələrdən 500-dən çox QHT təmsilçisini bir araya gətirib. 

Tədbir, Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı, Qarabağ Zəfərinin ümumi sevinc olduğu və Zəngəzur dəhlizinin gələcək əməkdaşlıqda roluna toxunulan müraciətlə açılıb. Forumun gündəminin əsas mövzusu "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” olub. Bu müzakirə, dəhlizin təkcə iqtisadi və nəqliyyat əhəmiyyətini deyil, həm də bütün türk xalqlarını bir-birinə bağlayacaq tarixi və mədəni əhəmiyyətini bir daha vurğulayıb. Eyni zamanda, QHT-lər səviyyəsində ikitərəfli əməkdaşlığın inkişafı çərçivəsində Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu da uğurla keçirilib.

Tədbir, TDT-ya üzv ölkələrin QHT-lərini ilk dəfə bir araya gətirərək qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma yaratdı. Forum həmrəylik və birgə fəaliyyətin təşviqi, QHT-lərin fəaliyyətinin gücləndirilməsi və regionda davamlı əməkdaşlıq üçün vacib bir addım kimi qiymətləndirilir.

Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu, olduqca vacib bir tədbirdir:

"İlk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının nümayəndələri bir araya gəlib. Türk dünyası üçün yeni bir səhifə açılmış oldu. Xüsusilə də bu, vətəndaş cəmiyyəti səviyyəsində, Azərbaycan təşəbbüsü ilə həyata keçirilmişdir. Beləliklə, Türk dünyasının daha da inteqrasiya olunması üçün vacib rola malik olan qeyri-hökumət təşkilatları arasında vahid platforma qurulmuş oldu. Bu, təbii ki, qürurverici bir hadisədir”.

Deputat deyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında çoxsaylı və müxtəlif sahələri əhatə edən platformalar mövcuddur:

"Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında çoxsaylı və müxtəlif sahələri əhatə edən platformalar mövcuddur. Təqribən 34 platforma fəaliyyət göstərir. Müxtəlif sahələri əhatə etsələr də, qeyri-hökumət təşkilatları arasında əlaqələr bir qədər zəif idi. İkitərəfli və üçtərəfli münasibətlər mövcud olsa da, bütün Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərini bir araya gətirə biləcək forum geniş əməkdaşlıq imkanları açdı. Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-ləri müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Burada kifayət qədər müsbət nümunələr var və onların bilik, bacarıq və təcrübələrini bir araya gətirməklə Türk dünyasının daha da inteqrasiya olunmasına və güclənməsinə səbəb ola biləcək fəaliyyət spektrini müəyyənləşdirmək mümkündür. Bu baxımdan, 24 noyabr 2025-ci ildə Bakıda keçirilmiş Türk dövlətlərinin təşkilatına üzv ölkələrinin QHT-lərinin həmrəyliyi forumu olduqca əhəmiyyətli tədbir hesab olunur”.

Parlamentari qeyd edib ki, forumda müzakirə olunan mövzular olduqca vacibdir:

"Forum zamanı qaldırılan məsələlər və müzakirə olunan mövzular bir daha göstərdi ki, hər bir mövzu Türk dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Hətta forumda müzakirə olunan məsələlərdən biri birbaşa Zəngəzur dəhlizinə aid idi. Bu dəhliz türk coğrafiyasını birləşdirən strateji bir körpü rolunu oynayır və forum iştirakçıları onun əhəmiyyəti barədə vacib fikirlər səsləndirdilər. Nəticədə belə bir fikir irəli sürüldü ki, Zəngəzur dəhlizi Türk dünyasını daha da bütövləşdirəcək və inteqrasiyasını gücləndirəcək strateji layihədir. Bu dəhliz həm beynəlxalq nəqliyyat, logistika və yük daşımalarının imkanlarını artırır, həm də iqtisadi və geosiyasi əhəmiyyət daşıyır.

Göründüyü kimi, regionlararası əlaqələrin intensivləşdirilməsi baxımından Zəngəzur dəhlizindən istifadə, həmçinin qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti sektoru vasitəsilə iştirakı olduqca vacibdir. Zəngəzur dəhlizi Türk dünyasının strateji layihələrindən biri olaraq önəmli əhəmiyyət kəsb edir. Həmrəylik forumunda qeyri-hökumət təşkilatlarının bildirdiyi fikirlər bu reallığı bir daha təsdiq etdi”.

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə deyib ki, kəmiyyət baxımından bu, agentliyin keçirdiyi ən böyük tədbirlərdən biri idi:

"Forum çərçivəsində Qarabağ və Zəngəzur dəhlizinin gündəmə gəlməsi çox önəmli hadisədir. Buna görə də tədbirin ilk panelində "Zəngəzur Dəhlizi: Türk Coğrafiyasını Birləşdirən Körpü” mövzusunda iclas keçirildi. Həmin paneldə Zəngəzur dəhlizinin açılmasından sonra yaranacaq yeni vəziyyətə hazırlıq və TDT-nın vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüsləri müzakirə edildi. İkinci panel iclasında isə Azərbaycan-Qazaxıstan QHT-lərinin birgə əməkdaşlıq forumu baş tutdu. Qeyd edək ki, bu forumdan əvvəl 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə isə Özbəkistan-Azərbaycan forumları keçirilmişdi. Azərbaycan-Qazaxıstan QHT-lərinin birinci əməkdaşlıq forumu isə bu silsilənin davamı kimi öz işini həyata keçirdi”.

O qeyd edib ki, forumun iştirakçıları və rəhbərləri bu gün Naxçıvana səfər edib:

"Naxçıvanda növbəti paneldən sonra Naxçıvan Platformasının təsis olunması nəzərdə tutulur. Forumda 2026-cı ildə Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi məsələsi də müzakirə olunacaq. Qeyd etmək lazımdır ki, 2009-cu ildə TDT-nın Naxçıvan Sazişi tarixə düşüb. Bu sazişdən irəli gələn addımlar nəticəsində TDT-nın genişlənməsi istiqamətində siyasi liderlər və ölkə başçıları müəyyən addımlar atıblar. Vətəndaş cəmiyyəti institutları isə bu siyasətin davamı üçün belə təşəbbüslərlə çıxış edir və görüşlər təşkil edirlər. Bundan əvvəl də Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi xətti ilə çoxsaylı tədbirlər keçirilib. 2025-ci ilin aprel ayında 115 ölkəni əhatə edən Qlobal Cənub QHT Platforması təsis edilmişdi. Daha sonra dünya müsəlmanlarının 60 faizdən çoxunu birləşdirən D8 adlı qurum yaradılıb və D8 ölkələrinin QHT-lərinin görüşləri keçirilib. 2025-ci ilin oktyabr ayında isə Xankəndidə "Azərbaycan QHT-lərinin rolu” mövzusunda əməkdaşlıq forumu baş tutmuşdu”.

Şahanə Ziyad
 
 
Yazı Medianın İnkişafı Agentliyinin "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda dərc edilib.

 
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb