Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı teatr mövsümünü açıq elan edib.
Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevanın APA-ya verdiyi məlumata görə, sentyabrın 21-də A.Tolstoyun eyniadlı əsəri əsasında hazırlanan “Buratinonun macəraları” tamaşası ilə teatr mövsümü açıq elan olunacaq. Beynəlxalq layihə əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru ASSİTEJ-in baş katibi İvisa Simiç (Xorvatiya) quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir.
Hüsniyyə Mursaquliyeva bildirib ki, sentyabrın 21-də teatrın kollektivi digər səhnə əsəri – İsveç dramaturqu Lars Norenin eyniadlı pyesi əsasında səhnələşdirilən “Müharibə” tamaşası ilə səhnəyə çıxacaq. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.
16 yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsəri milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, hər kəsin başına gələcək hadisələri özündə ehtiva edir.