Teatrda tamaşa zamanı bədbəxt hadisə: Akrobatlar on metr yüksəklikdən yıxıldılar

Teatrda tamaşa zamanı bədbəxt hadisə: Akrobatlar on metr yüksəklikdən yıxıldılar
DÜNYA
13:04 04.01.2020
3651

Niderlandın paytaxtı Amsterdamda rus akrobatlar şou göstərən zaman bədbəxt hadisə baş verib.

Vesti.ru-nun xəbərinə görə, "Karre” teatrında "Dünya milad sirki”-nin tamaşası zamanı iki rus akrobat on metr yüksəklikdən yıxılıb.

Tamaşanın prodüseri Henk van der Meyden bildirib ki, "Səma mələkləri”ni ifa edən cütlük qoruyucu kəmərlərdən istifadə etməyib.

Akrobatlar dərhal xəstəxanaya yerləşdiriliblər. Həkimlərin dediyinə görə, onlardan birinin vəziyyəti ağırdır.

Hadisədən sonra tamaşa təxirə salınıb və tamaşaçılar zaldan çıxarılıb.

Müvafiq qurumlar hadisə ilə bağlı araşdırmaya başlayıb.


OXŞAR XƏBƏRLƏR